21 September 2016

Qazonun səpilməsi







Qaznun səpilməsi, yetişdirilməsi istiqamətində vacib şərtlər


Qazonu müntəzəm olaraq sulamaq lazımdır. Bunun üçün ilk əvvəl torpağın hazırlanması vacibdir.


Torpağın hazırlanması

Torpağı daşlardan, zibillərdən təmizləmək, daha sonra herbisid raundap səpmək (səpmə qaydası qutunun üzərində yazılır), 2 həftə sonra torpağı yenidən çevirmək lazımdır.

Hansı növdən istifadə etməli?






Yaxşı olar ki, tez əmələgələn növlərdən istifadə olunsun. Ola bilər ki, bu gür növlər həyətin eksteryerinə - çox da yaraşıqlı görüntü verməsin, ancaq səliqəli və həm də uşaqların oynayıb əylənməsi, böyüklərin gəzintisi üçün yaxşı vasitə olacaqdır.






Səpinə başlamaq






Qeyd edək ki, səpini aprel - sentyabr aylarında, şaxtalar düşənə qədər, həm də sakit, küləksiz və aydın havada etmək lazımdır.









Səpin norması 1 kv.m üçün 40 - 50 qr. və ya 100 kv.m (1sot) üçün 4 - 5 kq - dır. Səpinin aparılması sadə prosesdir. Belə ki, toxumu 2 bərabər hissəyə ayırıb eninə və uzununa olmaqla əraziyə səpilir. Səpini gübrə ilə birlikdə aparmaq əlverişlidir, bunun üçün qazon gübrəsi toxumla qarışdırılır. Toxumun üstünə qalın olmayan torf səpib yüngülcə dırmıqlanır. Susəpənlə qazon ehtiyatla sulanılır. Yadda saxlamaq lazımdır ki, qazonu pezin su şlanqları ilə sulamaq olmaz. Əkilmiş sahənin tapdalanmaması üçün qazonun üzərinə lövhələr qoyub onların üstündə gəzmək olar.






Qazona qulluq






Qazona qulluq əsasən mövsümdə 3 dəfə aparılır. Yazda və yayda azotla, payızda kaliy ilə. Yazda qar əriyəndən sonra, ot çıxana qədər azotla yemləmə aparılır. 1 kv.m üçün 30 - 50 qr. norma götürülür. Norma və istifadə qaydası qutuların üzərində dəqiq göstərilir.






Bunları bilmək maraqlı və vacibdir






Çəmənliyin hansısa hissəsində ot bitməzsə nə etmək olar?






Otun möcüzəli şəkildə bitməsini gözləmək sadəlövhlük olar. Zədələnmiş hissələrdə əsas qazon qarışığından istifadə edilir.






Bu proses aşağıdakı kimi edilir:






* Qazonun zədələnmiş sahəsi dibdən biçilir, alaq otlarından təmizlənir.






* Torpağın üst qatı yumşaldılır, hamarlandırılır.






* Qazon otunun toxumu qalın səpilir (əvvəlkinin 2 qatı qədər), 1 sm. qalınlığında torfla örtülür.






* Bütün qazon sulanır (yalnız yeni əkilmiş sahənin sulanması düzgün deyil, belə ki, su toxumu və torfu yuya bilər).






Həyatınız rəngarəng, həyətiniz yaşıl olsun!










mənbə: www.diy.az

No comments:

Post a Comment